Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.
O xatırladıb ki, dövlət borcunun həcmi 15 milyard dollara yaxınlaşır.
Onun qiymətləndirməsinə görə, hər bir vətəndaşın, o cümlədən yeni doğulanların payına düşən dövlət borcu 5 min dollardan çoxdur.
“Ölkənin borcu iqtisadiyyatdan daha sürətlə artır. Bu, piramidadır. Sual budur: sən borcu iqtisadiyyatın inkişafı üçün götürürsən, yoxsa cari ehtiyaclara xərcləyirsən?”, - deyə Köçəryan qeyd edib.
Onun fikrincə, tikinti sektorunda da problemlər müşahidə olunur.
“Bunların arasında hakimiyyətin əmlak vergisinin artırılması ilə bağlı qərarı da var və onun məbləğini azaltmaq lazımdır”, - deyə Köçəryan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az