İran bəyan edib ki, gəmi sahibləri Hörmüz boğazından keçid üçün dörd valyuta ilə ödəniş edə biləcəklər

2026/03/1773466996.jpg
Oxunub: 409     23:12     27 Aprel 2026    
Son dövrün strateji nailiyyətlərindən biri İranın və onun silahlı qüvvələrinin Hörmüz boğazı üzərində mütləq suverenliyidir.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.

“Heç bir gəminin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan həmin strateji əhəmiyyətli su yolu ilə keçmək hüququ yoxdur.

“Hörmüz boğazının təhlükəsizliyi proqramı”nın hüquqi və beynəlxalq aspektlərini araşdırmaq üçün bir neçə görüş keçirilib. Parlamentin işinin bərpasından dərhal sonra o, qanun formasında təsdiqlənəcək.

Keçən hər bir gəmi İran sığorta şirkətlərinin platformasından istifadə etməli və rüsum ödəməlidir. Həmin məbləğlər qlobal standartlara uyğun şəkildə, Panama kanalı modelinə bənzər formada tutulacaq.

Bu siyasətin həyata keçirilməsi üçün Mərkəzi Bank rial, yuan, dollar və avro ilə bağlı 4 xüsusi hesab açıb. Bununla yanaşı, düşmən hərbi gəmilərinin keçidinə mane olmaq üçün qanuni hüququmuz var”, - deyə iranlı parlamentari qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin