“Ermənistanın indiki iqtisadi vəziyyəti xarici amillərlə, xüsusilə Ukrayna ilə müharibə kontekstində Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla qorunur, lakin nə isə gətirmək, nə isə Rusiyaya yenidən satmaq və sair, bütün bunlar ölkənin istehsal gücünü artırmayıb”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.
“Rusiyanın sanksiyalardan azad olacağı gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək, kollaps yaranacaq. Şübhəsiz”, - deyə o qeyd edib.
Köçəryan hesab edir ki, belə ssenaridən yayınmaq üçün iqtisadiyyatın dayanıqlı inkişafı üçün möhkəm əsaslar yaratmaq lazımdır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Köçəryan
Ermənistan