NATO: Rusiya SSRİ-nin dağılmasına qədər malik olduğu əraziləri qaytarmağa çalışacaq

2024/07/1720786676.jpg
Oxunub: 426     23:01     27 Aprel 2026    
Rusiyanın SSRİ-nin dağılmasına qədər malik olduğu şeyləri qaytarmağa çalışacağını gözləmək olar.

Ordu.az xəbər verir ki, bunu “RBK-Ukraina”ya müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone bildirib.

“Gələcəkdə bizi nə gözlədiyini aydın şəkildə dərk etməliyik. Biz Rusiya hərbi maşınının daha da güclənəcəyini proqnozlaşdırırıq. Buna öz imkanlarımızı, yəni yaxın və uzunmüddətli perspektivdə almağı və əldə etməyi planlaşdırdığımız hər şeyi inkişaf etdirməklə qarşı çıxacağıq. Bu isə birbaşa təhdidlərin xarakteri ilə bağlıdır. NATO üçün təhdidlər, əlbəttə, Rusiya və terror qruplaşmalarıdır. Biz qarşısını almaq üçün bu iki istiqamətdə işləyirik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   SSRİ  


Bizi "telegram"da izləyin