“Vergi güzəştlərinin verilməsinin indiki sistemi korrupsiya riskləri yaradır” - Köçəryan

2026/01/1769691713.jpg
Oxunub: 393     21:49     27 Aprel 2026    
“Hazırda hakimiyyət konkret müəssisə və şirkətlərə vergi güzəştləri verir ki, bu da qəbuledilməzdir, çünki korrupsiya riskləri yaradır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan bəyan edib.

“Güzəşt alanların demək olar ki, hamısı sonradan hakim “Vətəndaş Müqaviləsi” partiyasına pul köçürüblər. Faktiki olaraq hakimiyyət güzəştləri rüşvət müqabilində verir. Bundan əlavə, bu, konkret sahə daxilində qeyri-real şərtlər yaradır”, - deyə Köçəryan bildirib.

O izah edib ki, güzəştlər konkret sahələrə verilməlidir.

Köçəryan əlavə edib ki, bütün emal sənayesi məhz onun prezidentliyi illərində yaradılıb. “Proaktiv olmaq lazımdır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin