Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
O iddia edib ki, iranlı danışıqlar aparan şəxslər ölkə daxilindəki digər qüvvələrlə tez-tez fikir ayrılığı yaşayırlar və bu, sülh danışıqlarının imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
“Sərt xətt tərəfdarları arasında təkcə İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri deyil, ali lider və onun şurası da var. Bundan əlavə, siyasi sinif də mövcuddur: xarici işlər naziri, prezident, oliqarxların sözçüləri. Bu şəxslər də sərt xətt tərəfdarlarıdır, amma eyni zamanda anlayırlar ki, ölkəyə iqtisadiyyat lazımdır. Buna görə biz gərginlik görürük”, - deyə o davam edib.
Eyni zamanda Rubio bildirib ki, İran saziş bağlamaqda “ciddi”dir.
“Hesab edirəm ki, onlar səmimi şəkildə düşdükləri çəkişmədən çıxmaq niyyətindədirlər. İranın da eyni problemləri var idi. Bir neçə ay əvvəl onların ölkəsində iğtişaşlar olmuşdu. İranın bu münaqişə başlamazdan əvvəl malik olduğu bütün problemlər hələ də qalır və onların çoxu daha da kəskinləşib. İndi isə onların raketlərinin yalnız yarısı qalıb, heç bir zavod yoxdur, heç bir hərbi dəniz qüvvələri yoxdur, hərbi hava qüvvələri yoxdur. Hər şey dağıdılıb. Buna görə onlar zəifləyiblər”, - deyə Rubio bildirib.
Razılaşma baş tutmasa nə olacağı ilə bağlı suala cavabında o deyib: “İrana təzyiq son dərəcə güclüdür və hesab edirəm ki, bunu daha da artırmaq olar”.
Sevinc Əliyeva
Ordu.az