Rusiya XİN: Qərb Rusiyanın qonşu ölkələrində hərbi mövcudluğunu artırmağa çalışır

2026/02/1770088803.jpg
Oxunub: 379     21:43     27 Aprel 2026    
“Avropa Rusiyayla qarşıdurmaya hazırlaşdığını açıq şəkildə bəyan edir, qonşu ölkələrdə hərbi mövcudluğunu artırır və orada “sanitar zona” yaratmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikayel Ağasandyan bildirib.

“Avropalılar sürətləndirilmiş militarizasiya siyasəti yürüdərək artıq açıq şəkildə Rusiya ilə yeni silahlı toqquşmaya hazırlaşdıqlarını deyirlər. Eyni zamanda Qərb ölkələri qonşu dövlətlərimizdə iqtisadi, humanitar və hərbi mövcudluğunu artırmağa çalışır, mahiyyət etibarilə Rusiyanın ətrafında özünəməxsus “sanitar zona” yaratmağa cəhd göstərirlər”, - deyə diplomat bildirib.

“Üçüncü cəbhə nisbətən yaxın vaxtlarda ABŞ-nin və İsrailin İrana qarşı səbəbsiz təcavüzünün başlanması ilə açılıb. Orada münaqişənin başa çatmasına hələ çox var və regionda yeni tarazlıq hələ tapılmayıb, yaxın perspektivdə də gözlənilmir”, - deyə Ağasandyan əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin