Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirib

2025/08/1754196495.jpg
Oxunub: 376     20:19     27 Aprel 2026    
BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrini nüvə tərksilahı istiqamətində səyləri sürətləndirməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə o Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin icrasının nəzərdən keçirilməsi üzrə 11-ci konfransın açılışında bildirib.

"Hələ çox gec deyilkən: gəlin nüvə silahı ətrafındakı kollektiv "amneziya"nın (yaddaş itkisi) öhdəsindən gələk. Birlikdə olduğumuz zaman nələrə nail ola biləcəyimizə inamımızı yeniləyək. Gəlin bəşəriyyətin üzərində qalmış bu buludu dağıtmaq üçün təcili hərəkətə keçək", - Quterreş deyib.

Qeyd edək ki, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə üzrə konfrans BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir. Beş ildə bir dəfə keçirilən bu tədbir sözügedən sazişin üç əsas istiqaməti: yayılmama, nüvə tərk-silahı və atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə necə yerinə yetirildiyini qiymətləndirmək üçün müqavilənin iştirakçısı olan demək olar ki, bütün ölkələri (191 dövləti) bir araya gətirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin