Ordu.az xəbər verir ki, bu barədə “The National” yazır.
“İran nüvə silahına malik olmadan belə özünü supergüc kimi aparır. Təsəvvür edin ki, əgər belə silaha sahib olsaydı nə olardı”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehran və ölkənin ən böyük şəhərlərinə yönəldilib. Hücumlardan dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İsrail və ABŞ-nin hücumu nəticəsində İranın ali lideri ayətullah Əli Seyid Xameneyi və digər yüksəkvəzifəli şəxslər də öldürülüb.
Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkat əleyhinə hücumun başlandığını elan edib.
Martın 23-də ABŞ prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam etdiriləcəyini bildirib və əlavə edib ki, hərbi zərbələr beş gün təxirə salınıb. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Sevinc Əliyeva
Ordu.az