Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bildirib.
“İranlılar açıq şəkildə gözlənildiyindən daha güclüdürlər və amerikalıların danışıqlarda həqiqətən inandırıcı strategiyası yoxdur”, - deyə o qeyd edib.
Merts əlavə edib ki, iranlılar “ya danışıqları çox məharətlə aparırlar, ya da çox məharətlə danışıqlar aparmırlar”.
Almaniya kanslerinin sözlərinə görə, belə münaqişələrin problemi ondadır ki, onlara yalnız cəlb olunmaq yox, eyni zamanda onlardan çıxa bilmək də lazımdır.
O əlavə edib ki, Yaxın Şərqdəki müharibə Almaniya və Avropanın cibinə “nəhəng məbləğlərə” başa gəlir və bu, “iqtisadi göstəricilərimizə birbaşa təsir edir”.
Sevinc Əliyeva
Ordu.az