Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hesabatında qeyd olunub.
Hesabata görə, Ermənistanda bu göstərici 6,1 faiz, Rusiyada 7,5 faiz, İsraildə 7,8 faiz, Ukraynada isə 40 faiz təşkil edib.
2025-ci ildə hərbi xərclərin ən böyük artımı Yaxın Şərq ölkələrində qeydə alınıb (ÜDM-in 3,8 faizi). Onları Avropa (3,2 faiz), Afrika (1,8 faiz), Asiya və Okeaniya (1,6 faiz), həmçinin Amerika qitəsi (1,2 faiz) izləyir.
Bir il ərzində büdcə üzərində hərbi yükün ən kəskin artımı Ukraynada müşahidə olunub (+5,6 faiz bəndi). Ondan sonra Norveç və Danimarka (hər ikisi +1,0) gəlir.
Sevinc Əliyeva
Ordu.az