Livan prezidenti atəşkəs şərti ilə İsraillə danışıqlara hazırdır

2025/04/1745817234.jpg
Oxunub: 318     17:43     27 Aprel 2026    
Livan prezidenti Cozef Aun atəşkəs təsdiqlənəcəyi təqdirdə İsraillə danışıqlara müsbət yanaşdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Livanın MTV televiziya kanalı məlumat yayıb.

“Odur ki, atəşin dayandırılması İsraillə istənilən sonrakı danışıqlar üçün zəruri ilk addımdır”, - deyə o bildirib.

Aunun sözlərinə görə, onun etdikləri “xəyanət deyil”.

“Xəyanəti öz ölkəsini başqasının maraqları naminə müharibəyə sürükləyənlər edir. Bizi müharibəyə cəlb edənlər indi bizdən danışıqlara getmək qərarına görə hesabat tələb edirlər və bunu milli razılığın olmaması ilə əsaslandırırlar. Amma siz müharibəyə başlayanda milli razılığınız var idimi?”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İsrail və Livan liderlərinin Ağ Evdə görüşə biləcəyini bildirib. Onun sözlərinə görə, bu, atəşkəs qüvvədə qaldığı müddətdə yaxın bir neçə həftə ərzində baş verə bilər.

“Mən düşünürəm ki, Livan prezidenti və İsrailin baş naziri (Benyamin Netanyahu) yaxın bir neçə həftə ərzində bura gələcəklər”, - deyə o bildirib.

Tramp xatırladıb ki, atəşkəs daha üç həftə davam etməlidir və əlavə edib ki, Livan və İsrail liderləri “çox güman ki, həmin müddətdə bura gələcəklər”. Onun fikrincə, bu, “tarixi hadisə” olacaq.

ABŞ lideri atəşkəs rejiminin qorunub saxlanacağına ümid etdiyini də bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin