Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Allen 2023-cü ildə Kaliforniya ştatında .38 çaplı yarımavtomat tapança, 2025-ci ildə isə həmin ştatda .12 çaplı ov tüfəngi alıb. Hər iki halda alış zamanı o, şəxsi məlumatlarını təqdim edib və həmin məlumatlar yoxlanış üçün FBI-a ötürülüb.
Daha əvvəl ABŞ-nin ədliyyə naziri səlahiyyətlərini icra edən və baş prokuror vəzifəsini daşıyan Todd Blanş bildirmişdi ki, Allen silahı qanuni yolla əldə edib.
Atışma hadisəsi aprelin 25-də Ağ Ev müxbirlər assosiasiyasının qəbul mərasimində baş verib. Tədbirdə Prezident Donald Tramp da iştirak edib. Hadisə nəticəsində Gizli Xidmətin bir əməkdaşı yaralanıb.
Atəş açan şəxs saxlanılıb və onun 31 yaşlı Allen olduğu müəyyən edilib.
Sevinc Əliyeva
Ordu.az