Andrey Babiş: "Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır"

2026/04/1777296503.jpg
Oxunub: 266     17:15     27 Aprel 2026    
Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır.

Ordu.az xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

"Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çexiya  


Bizi "telegram"da izləyin