Ordu.az xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“IDF Beka vadisindəki “Hizbullah” obyektlərinə, eləcə də Livanın cənubundakı bir sıra rayonlara silsilə zərbələr endirməyə başlayıb”, -deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.
İsrail ordusu son 3 həftə ərzində ilk dəfədir ki, Livanın Biqa vadisinə zərbələr endirir.
Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.
Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.
Ordu.az