Türkiyə MMN “Flintlock-2026” təlimindən görüntülər paylaşıb

2026/04/1777294880.jpg
Oxunub: 499     16:59     27 Aprel 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi Liviyada zorakılığa meylli təşkilatlara qarşı mübarizə potensialını artırmaq məqsədilə təşkil edilən “Flintlock-2026” Çoxmillətli Xüsusi Qüvvələr Təliminin yaşayış məntəqəsi mərhələsindən görüntülər paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Nazirliyin sosial media hesabından edilən videolu paylaşımda 2026-cı il aprelin 13-dən 30-dək icra edilən təlimə dair məlumatlara yer verilib.

Açıqlamada təlimin məqsədinin zorakılığa meylli təşkilatlara qarşı əməliyyat icra edən elementlərin hazırlanması və əməliyyat qabiliyyətlərinin artırılması olduğu vurğulanıb.

Paylaşılan görüntülərdə təlimdə iştirak edən Xüsusi Qüvvələr elementlərinin yaşayış məntəqəsi mərhələsi çərçivəsində həyata keçirdiyi strateji təlimlər və əməliyyat fəaliyyətləri yer alıb.

Liviyada həyata keçirilən “Flintlock-2026” təlimi çoxmillətli iştirakı ilə bölgədəki hərbi əməkdaşlığı və terrorla mübarizə potensialını gücləndirməyi hədəfləyir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMN   Təlim  


Bizi "telegram"da izləyin