Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin qabaqcıl qurumlarından ASELSAN tərəfindən hazırlanan Avtonom Sualtı Platforma DERİNGÖZ həyata keçirilən sahə sınaqlarında kritik uğura imza atıb.
İnsan müdaxiləsi olmadan, tam avtonom olaraq icra edilən tapşırıqlarda müxtəlif dərinliklərdə yerləşdirilmiş dib və lövbərli dəniz minaları DERİNGÖZ tərəfindən uğurla aşkar edilib.
Qabaqcıl texnologiyası ilə sualtı müdafiədə yeni dövrün qapısını açan DERİNGÖZ malik olduğu çevik və modulyar sistem arxitekturası sayəsində yalnız mina ovçuluğu ilə məhdudlaşmır. Ehtiyaca görə formalaşdırıla bilən bu infrastruktur vasitənin bir çox müxtəlif və kritik tapşırıqda aktiv rol almasını təmin edir.
ASELSAN DERİNGÖZ
Bu kontekstdə Türkiyənin ilk avtonom sualtı vasitəsi olan DERİNGÖZ su altında tədqiqat, kəşfiyyat və müşahidə, mina aşkarlanması, boru xətti yoxlaması, 600 metr dərinliyə enmə, liman və baza mühafizəsi kimi bir çox sahədə effektiv şəkildə istifadə edilə biləcək.
ASELSAN mühəndisləri tərəfindən hazırlanan DERİNGÖZ-ün sualtı əməliyyatlar üçün yalnız ehtiyacı qarşılayan deyil, eyni zamanda ehtiyac yaradan bir vasitə olması planlaşdırılır. DERİNGÖZ-ün bu xüsusiyyətləri ilə sualtı əməliyyatlarda kritik rol oynaması gözlənilir.
600 metr dərinlikdə işləmə qabiliyyətinə malik olan DERİNGÖZ modulyar sistem arxitekturası ilə diqqət çəkir. Simsiz rabitə imkanı olan DERİNGÖZ-ün ehtiyaca görə artırıla bilən faydalı yük konfiqurasiyaları var. DERİNGÖZ-ün maksimum 5,5 düyün sürət və 3 düyün tarama sürəti ilə “Mavi Vətən”də Türkiyə üçün böyük güc çarpanı formalaşdırması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az