IRNA: İranda ABŞ zərbələri təbii ərazilərdəki torpaqlara geri dönməz zərər vurub

2026/03/1773226504.jpg
Oxunub: 396     15:35     27 Aprel 2026    
ABŞ və İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində İranın qorunan təbii əraziləri yaxınlığında təxminən 8,5 min hektar torpaq sahəsinə geri dönməz zərər vurulub.

Ordu.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi İran İslam Respublikasının Ətraf Mühitin Mühafizəsi Təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, təşkilat çərçivəsində hücumlar nəticəsində vurulan ekoloji zərəri təhlil edən xüsusi işçi qrupu yaradılıb. İlkin məlumatlara görə, zərər ən azı 130 milyon dollar qiymətləndirilə bilər.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələrin hədəfi iri şəhərlər, o cümlədən Tehran olub. İran tərəfinin məlumatına görə, hərbi əməliyyatlar nəticəsində İran İslam Respublikasının 3,3 mindən çox vətəndaşı həlak olub, təxminən 138 min mülki obyekt, o cümlədən 113 mindən çox yaşayış evi zərər görüb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 21-də o, İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bəyan edib. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqton tərəfindən birtərəfli qaydada elan edilən atəşkəs rejiminin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun şəkildə hərəkət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin