“Hizbullah” lideri Livanı İsraillə birbaşa danışıqları dayandırmağa çağırıb

2025/06/1750386841.jpg
Oxunub: 330     15:32     27 Aprel 2026    
Şiə “Hizbullah” hərəkatının baş katibi şeyx Naim Qasım Livan hakimiyyətini İsraillə birbaşa danışıqlardan imtina etməyə çağırıb.

Ordu.az xəbər verir ki, müvafiq bəyanatın mətni hərəkatın “Telegram” kanalında dərc olunub.

“[Hakimiyyət] düşmənlə birbaşa danışıqları dayandırmağa və vasitəçiliklə aparılan danışıqlara keçməyə borcludur”, - deyə Qasım vurğulayıb.

O, həmçinin qeyd edib ki, Livan hökuməti milli daxili dialoqa qayıtmalı və onun sözlərinə görə, İsrail təcavüzünə müqavimət göstərən “Hizbullah”ın silahlı qanadını qadağan edən qərarı ləğv etməlidir.

“Hakimiyyət milli maraqları hər şeydən üstün tutmalı və ‘Hizbullah’ döyüşçülərini qanundan kənar elan edən 2 mart tarixli biabırçı qərarı ləğv etməlidir”, - deyə şiə xadim vurğulayıb. Qasım hökuməti “Amerika-İsrail sui-qəsdinə” daxili konsolidasiya yolu ilə müqavimət göstərmək məqsədilə dialoqa başlamağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin