Fon der Leyen İrana qarşı Avropa sanksiyalarının ləğvini vaxtından əvvəl hesab edir

2024/11/1732696639.jpg
Oxunub: 336     15:30     27 Aprel 2026    
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen İrana qarşı Avropa İttifaqı sanksiyalarının ləğvini vaxtından əvvəl adlandırıb və qeyd edib ki, Avropa İttifaqı ilk növbədə Tehranın “davranışında köklü dəyişiklik” görmək istəyir.

Ordu.az xəbər verir ki, o, bunu Berlində keçirilən mətbuat konfransında bəyan edib.

“Biz İranın hərəkətlərində köklü yenidən baxış görməliyik, buna görə məhdudiyyətlərin ləğvindən danışmaq hazırda hələ tezdir”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

İrana qarşı sanksiyalar çərçivəsində Avropa İttifaqı ölkənin bir neçə yüz fiziki və hüquqi şəxsini qara siyahıya daxil edib. Bu, onların Avropadakı aktivlərinin dondurulmasını və Avropa İttifaqı ərazisinə giriş qadağasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leyen   İran  


Bizi "telegram"da izləyin