Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

2025/12/1766321871.jpg
Oxunub: 328     15:02     27 Aprel 2026    
Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ordu.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu məlumatı Gürcüstan XİN yayıb.

Nazirliyin məlumatına görə, səfir Gerçinski Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti nəzdində təşkil edilmiş Gürcüstan mövzusundakı tədbirdə səsləndirdiyi bəyanatla əlaqədar Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşə çağırılıb.

"Brüsselin bu cür hərəkətləri və Gürcüstan barəsində verilən bəyanatlar tərəfdaşlar arasında etimadı sarsıdır, Gürcüstan-Avropa münasibətlərinə ziyan vurur və onlara qarşı yönəlib", - Boçorişvili deyib.

Nazir həmçinin Gürcüstan hökumətinin konstruktiv dialoqa müntəzəm şəkildə hazır olduğunu qeyd edib və Aİ tərəfindən ölkəyə qarşı ədalətli və hörmətli münasibət gözlədiyini ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin