Ordu.az xəbər verir ki, bu barədə brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun bildirib.
“Pekin beynəlxalq hüquqda əsası olmayan qanunsuz məhdudiyyətlərə prinsipial olaraq qarşıdır. Biz Amerika tərəfini sanksiyalardan sui-istifadəyə və “uzun əl” siyasətinə son qoymağa çağırırıq”, - deyə diplomat vurğulayıb və əlavə edib ki, Çin ardıcıl şəkildə öz müəssisələrinin qanuni maraqlarını qoruyacaq.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi Çinin ən böyük müstəqil neft emalçılarından biri olan “Hengli Petrochemical”a qarşı sanksiyalar tətbiq etmişdi və onu İran nefti almaqda ittiham etmişdi. Bu xəbərlər fonunda şirkətin səhmləri bazar ertəsi günü 10 faiz ucuzlaşıb. Çin müəssisəsi artıq Tehranla hər hansı sövdələşmənin mövcudluğunu təkzib edib.
Sevinc Əliyeva
Ordu.az