Ermənistan Baş naziri: “Bizim vəzifəmiz Ermənistanda sərhəd qoşunlarının xidmət miqyasının getdikcə genişlənməsidir”

2026/04/1776944863.jpg
Oxunub: 348     13:41     27 Aprel 2026    
“Bizim vəzifəmiz Ermənistanda sərhəd qoşunlarının funksional əhəmiyyətinin və həmçinin sərhəd qoşunlarının xidmət miqyasının getdikcə genişlənməsidir, çünki sərhədçinin dayandığı yerdə təhlükəsizliyə etimad səviyyəsi daha yüksək olur”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yaranma günü münasibətilə təşkil edilmiş tədbirdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Bu etimad səbəbindən dövlət, hökumət sərhədin bu və ya digər hissəsini sərhəd qoşunlarının xidmətinə təhvil vermək barədə qərar qəbul edir. Amma bütün bunlar o deməkdir ki, biz yaxın gələcəkdə sərhəd qoşunlarımız üçün daha yüksək cəlbedicilik səviyyəsi təmin etməliyik.

Digər tərəfdən, bu o deməkdir ki, biz sərhəd qoşunlarımızdan getdikcə daha yüksək peşəkarlıq səviyyəsi gözləməliyik, çünki sülh həm də məsuliyyətdir və unutmayaq ki, sərhəd qoşunları, sərhəd xidməti əməkdaşları Ermənistana gələn əcnəbiləri ilk qarşılayan insanlardır və daha az vacib deyil ki, xarici səfərlərdən Ermənistana qayıdan vətəndaşları da onlar qarşılayırlar. Bu görüş anını çox ciddi təhlil etməli və qiymətləndirməliyik, çünki bu, çox vacib təmasdır və onun təəssüratları həm əcnəbilərin, həm də Ermənistan vətəndaşlarının öz dövləti, öz müstəqilliyi, suverenliyi və qorunması barədə qavrayışında çox şeyi dəyişə bilər”, - deyə o vurğulayıb.

Paşinyan, həmçinin bildirib: “İndi biz, əlbəttə, bu vəzifəni qoymuşuq və uğurla həyata keçiririk. Sərhəd qoşunlarımızda peşəkar səviyyənin yüksəldilməsi üzrə geniş şəkildə təlim proqramları, davamlı proqramlar həyata keçirilir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin