Nikol Paşinyan: “Səngərlərimizin, mövqelərimizin şəraiti bizə məlum olan hallar səbəbindən ən yaxşı vəziyyətdə deyil”

2026/04/1776944901.jpg
Oxunub: 492     13:35     27 Aprel 2026    
“Sülhlə yanaşı, sərhədçi Ermənistanın suverenliyinin, müstəqilliyimizin ən mühüm simvollarından biridir və sərhədin delimitasiya və demarkasiya olunacağını deyəndə arzumuz odur ki, ordumuzun hərbi qulluqçuları xidmətlərini daimi dislokasiya yerlərində həyata keçirmək imkanı əldə etsinlər”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yaranma günü münasibətilə təşkil edilmiş tədbirdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz bu incəliyi də görmürük, amma onilliklər ərzində ordumuz xidmətinin böyük hissəsini səngərlərdə, mövqelərdə keçirir və onların şəraiti bizə məlum olan hallar səbəbindən ən yaxşı vəziyyətdə deyil.

Əlbəttə, biz indi sərhədlərdə istehkam işləri də həyata keçiririk, böyükhəcmli mühəndislik işləri görülür, amma məqsədimiz odur ki, X məqamında biz həmin möhkəmləndirilmiş rayonları da sərhəd qoşunlarına təhvil verəcəyik ki, sərhəd qoşunları həmin yerlərdə də xidmət həyata keçirsinlər. Əlbəttə, bu, tam sülh şəraitində baş verəcək. Biz isə bu istiqamətə, əlbəttə, hər ay, hər həftə, hər gün daha da inamla irəliləyirik və regionumuz tarixi dəyişikliklər yaşayır və bu dəyişikliklər birmənalı şəkildə müsbətdir”, - deyə o bildirib..

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin