Paşinyan: “Gürcüstanla sərhədin delimitasiyası gündəliyi üzrə gürcü tərəfdaşlarla artıq razılaşmamız var”

2026/04/1775731371.jpg
Oxunub: 635     13:30     27 Aprel 2026    
“Bizim gündəliyimizdə Gürcüstanla sərhədimizin delimitasiyasının yekunlaşdırılması gündəliyi də var və gürcü tərəfdaşlarla bu barədə artıq razılaşmalarımız var”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yaranma günü münasibətilə təşkil edilmiş tədbirdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Azərbaycan və Gürcüstanla delimitasiya prosesi ilə, mahiyyət etibarilə, Ermənistanın sərhədlərinin delimitasiyası və demarkasiyası yekunlaşacaq və dövlətimiz beynəlxalq səviyyədə tanınmış ərazisində daha inamlı şəkildə inkişaf gündəliyinə fokuslanmaq imkanı əldə edəcək”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gürcüstan  


Bizi "telegram"da izləyin