Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə bazar ertəsi gecəsi baş verib. Qeyd olunur ki, toqquşmalar pakistanlı hərbçilərin atəşindən sonra başlayıb və nəticədə əfqan uşaq öldürülüb. Telekanal bildirir ki, döyüşdən sonra Əfqanıstan hərbçiləri müəyyən miqdarda yüngül və ağır silahları ələ keçiriblər.
Fevralın 26-sı axşam Pakistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq hərbi əməliyyat həyata keçirdiyini bəyan edib. Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, ölkəsi və Əfqanıstandakı “Taliban” hərəkatının hökuməti hazırda açıq silahlı münaqişədədir.
Sevinc Əliyeva
Ordu.az