“Politico”: Mertsin mühafizəkar ittifaqı fon der Leyenə “sərt ultimatum” təqdim edəcək

2025/09/1756833881.jpg
Oxunub: 348     13:27     27 Aprel 2026    
Almaniya Kansleri Fridrix Mertsin “Xristian-Demokrat İttifaqı” (XDİ) partiyasının mühafizəkarları biznesin inkişafını ləngitdiyi üçün Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyenə “sərt müraciət” təqdim etməyə hazırlaşırlar.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Alman mühafizəkarları Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə müraciət təqdim etməyə hazırlaşırlar: ya onlar Brüssel bürokratiyasını və nəzarətini cilovlayacaqlar, ya da özləri Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılması üçün yeni kampaniyaya başlayacaqlar”, - deyə məqalədə qeyd edilir.

Nəşrin məlumatına görə, fon der Leyen aprelin 27-si bazar ertəsi Berlində keçiriləcək mühafizəkarların toplantısında iştirak edəcək. Qeyd olunur ki, ittifaq Avropa Komissiyasından Avropa İttifaqının “ağır tənzimləmələri”nin ixtisarını sürətləndirməyi tələb etmək niyyətindədir, çünki bunlar alman biznesinin irəliləyişinə mane olur.

“Politico” bildirir ki, parlament qrupunun strateji memorandum layihəsinə Avropa Komissiyasına ünvanlanan 27 bəndlik siyahı daxil edilib. Təklif olunan tədbirlərdən biri Avropa İttifaqı icra hakimiyyətini hər hansı yeni qanunvericilik təşəbbüsünə veto hüququ olacaq nəzarət orqanının nəzarəti altına qoymaqdır. Digər tələblə Avropa qurumlarından öz səlahiyyətlərinin daha məhdudlaşdırıcı şərhini qəbul etmək və personal sayını azaltmaq tələb olunur.

Alman qanunvericilər hesab edirlər ki, Avropa Komissiyasının indiyədək həyata keçirdiyi təşəbbüslər həm miqyasına, həm də icra tempinə görə “o qədər də kifayət deyil”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Leyen  


Bizi "telegram"da izləyin