ABŞ Filippinin Rusiya neftinin idxalı üçün icazəsinin müddətini uzadıb

2026/03/1773212137.jpg
Oxunub: 297     11:59     27 Aprel 2026    
ABŞ Filippinin Rusiya nefti və neft məhsullarını alması üçün icazənin müddətinin uzadılması ilə bağlı müraciətini təmin edib.

Ordu.az-ın Qərb mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika nazirinin müavini Alessandro Sales bildirib.

Onun sözlərinə görə, icazə aprelin 17-dən mayın 16-dək qüvvədədir.

Filippinin energetika naziri Şeron Qarin isə qeyd edib ki, ölkənin təxminən 54 günlük yanacaq ehtiyatı var.

ABŞ-nin martda Rusiya nefti və neft məhsullarının idxalı üçün verdiyi 30 günlük icazənin müddəti aprelin 11-də başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin   Rusiya  


Bizi "telegram"da izləyin