Ordu.az xəbər verir ki, Malayziyanın Kral Donanması üçün “Çoxməqsədli Dəstək Gəmisi” (MRSS) proqramını həyata keçirdiyi məlumdur.
Cənubi Koreyadan HD “Hyundai Heavy Industries” şirkətinin DSA stendində isə Malayziya Kral Donanmasına təqdim etdikləri MRSS gəmisi üçün yeni layihə nümayiş olunub. HDI tərəfindən HDL 10000 kimi tanınan layihədə bir sıra dəyişikliklər müşahidə edilib, 153,7 metr uzunluq, 24 metr en, 11.000 ton subasımı qabiliyyəti ilə yanaşı 18 tank, 3 zirehli vasitə, 150 heyət üzvü, 2 helikopter üçün meydança mövcuddur. Ən diqqətçəkən detal isə silah faydalı yükündədir; 1 ədəd 76 mm top ilə birlikdə 2 ədəd 35 mm ASELSAN GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi yer alıb.
Cənubi Koreyanın HDI şirkətinin Malayziyanın MRSS proqramı üçün təqdim etdiyi yeni layihədə baş və arxa hissədə olmaqla iki ədəd ASELSAN GÖKDENİZ yaxın hava hücumundan müdafiə sisteminin olması Malayziyanın sistemə maraq və tələbatını göstərir. Başqa ölkələrin şirkətlərinin həlləri olmasına baxmayaraq, koreyalı şirkətin GÖKDENİZ-i layihədə daşıması mühüm hesab olunur.
Malayziya Kral Donanması üçün proqram çərçivəsində iki ədəd MRSS gəmisinin tədarük edilməsi planlaşdırılır. Yerli mənbələrə görə, hazırda 4 ölkə ciddi namizəd hesab olunur; Türkiyə, Cənubi Koreya, İtaliya və Çin. Cənubi Koreyanın HDI şirkətinin isə yerli tərəfdaşla niyyət memorandumu imzaladığı bildirilib. Türkiyədən isə STM-in bu çərçivədə həlli mövcuddur.
STM həllini ilk dəfə yenə Malayziyada keçirilən LIMA 2025 sərgisində təqdim etmişdi.
MRSS zirehli birlikləri daşıyaraq amfibiya əməliyyatını dəstəkləmək, dənizdə logistika dəstəyi təmin etmək, tərkibində olan qabaqcıl tibbi dəstək bölmələri sayəsində qurudan çatılması mümkün olmayan böhran və fəlakət bölgələrində tam təchizatlı xəstəxana kimi fəaliyyət göstərmək və lazım gəldikdə KBRN şəraitində belə təxliyə əməliyyatı icra etmək üçün layihələndirilib. Bu çərçivədə MRSS-nin 14 əsas döyüş tankı, 9 amfibiya vasitəsi, 500 amfibiya personalı və 2 ədəd 15 tonluq helikopter daşıma qabiliyyətinə malik olması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az