Ordu.az xəbər verir ki, bu çağırışı nümayəndə Tim Burçett edib.
“Sadəcə onu açıqlayın və qoy insanlar özləri qərar versinlər”, - deyə “The Hill” onun sözlərindən sitat gətirib.
Konqresmenin sözlərinə görə, bəzi insanlar bu naməlum obyektlərin ABŞ, Çin və ya Rusiyanın işi olduğunu düşünürlər. Lakin Burçett əlavə edib ki, əgər onlar kiminsə yaratdığı bir şey olsaydı, həmin şəxslər onlardan istifadə edərdilər.
O, həmçinin vurğulayıb ki, UNO-lar saatlarla bir yerdə asılı qala, sonra isə yuxarı qalxa bilər. Konqresmen həmçinin ona “futbol meydançası” ölçüsündə nəhəng sualtı obyekt barədə danışan bir admiralla söhbətini də xatırlayıb.
Sevinc Əliyeva
Ordu.az