“Politico”: Patel işdən azad ediləcək növbəti ABŞ rəsmisidir

2026/04/1777271273.jpg
Oxunub: 319     10:21     27 Aprel 2026    
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel tezliklə vəzifəsini tərk edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” rəsmi şəxsə istinadən məlumat yayıb.

“Bu, yalnız zaman məsələsidir”, - deyə mənbə nəşrə bildirib.

Rəsminin sözlərinə görə, mümkün işdən azad edilmənin əsas səbəblərindən biri Patel haqqında mənfi məqalələrin çoxluğudur. Mənbə qeyd edib ki, belə materiallar “kabinet katibini yaxşı işıqda təqdim etmir” və ABŞ Prezidenti Donald Tramp FTB direktoru ətrafındakı qalmaqallarla daim yayınmaqdan yorulub.

Agentliyin özü Patelin gələcəyi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

Bununla belə, bir gün əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livit bəyan etmişdi ki, ABŞ Prezidenti onun alkoqol problemləri barədə media məlumatlarına baxmayaraq, FTB direktoruna etimad göstərməyə davam edir. O, həmçinin qeyd edib ki, komandanın, o cümlədən Patelin səyləri sayəsində ABŞ qətllərin səviyyəsinin 125 ilin ən aşağı göstəricisinə çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patel   ABŞ  


Bizi "telegram"da izləyin