Erməni politoloq: “Nikol Paşinyan Onik Qasparyandan qorxur, Onik Qasparyan da ondan qorxur”

2026/04/1777269082.jpg
Oxunub: 296     16:32     30 Aprel 2026    
“Bütün bunların bir məqsədi var: cəmiyyəti ən vacib gündəlik məsələlərdən yayındırmaq”.

Ordu.az xəbər verir ki, bunu erməni tarixçi, politoloq Qaqik Hambaryan Nikol Paşinyanın və ümumilikdə “Vətəndaş Müqaviləsi” partiyası nümayəndələrinin saxtakarlıqları və manipulyasiyalarından danışarkən deyib.

“Bizim cəmiyyət əsas məsələləri kənara qoyub ikinci dərəcəli hadisələrə fokuslanmağı sevir. Nikolun bütün addımları da buna hesablanıb. Halbuki əsas məsələ o idi ki, Seyran Ohanyan parlament tribunasından Nikolu birbaşa Qarabağı təhvil verməkdə, Şuşanı azərbaycanlılara verməkdə ittiham etdi. “Qarabağ müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) Hadrut-Füzuli-Cəbrayıl istiqamətinə cavabdeh olmayıb, buna Nikol Paşinyan və Onik Qasparyanın rəhbərliyi altında Ermənistan Müdafiə Nazirliyi cavabdeh olub”, - deyə o qeyd edib.

Hambaryan bildirib ki, Paşinyan isterik vəziyyətə düşüb.

“Bundan sonra Nikol yerindəcə isterik vəziyyətə düşdü, ayaqlarını tərpədirdi, barmaqlarını sıxırdı, eynəyini çıxarıb-taxmağa başladı... Sonra isə özünü tez toparladı, cəmiyyəti it və çaqqal adlandırdı, insanlar da buna fokuslandılar. Əgər ötən 5 il ərzində Onik Qasparyana ittiham irəli sürülməyibsə, deməli, o, Onik Qasparyandan qorxur, Onik Qasparyan da ondan qorxur”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hambaryan   Ermənistan  


Bizi "telegram"da izləyin