Livan Səhiyyə Nazirliyi: İsrailin hava zərbələri nəticəsində 24 saat ərzində 14 nəfər həlak olub

2026/04/1777267280.jpg
Oxunub: 297     09:18     27 Aprel 2026    
İsrail Müdafiə Qüvvələrinin (IDF) Cənubi Livana həyata keçirdiyi hava zərbələri nəticəsində 24 saat ərzində 14 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

“Bu gün, aprelin 26-da İsrailin Cənubi Livana həyata keçirdiyi hava zərbələri nəticəsində 14 nəfər, o cümlədən iki uşaq və iki qadın həlak olub”, - deyə NNA xəbər agentliyi Səhiyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Həmçinin İsrailin hava zərbələri nəticəsində 37 nəfərin yaralandığı bildirilib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ötən gün bildirib ki, IDF-ə Livanda yerləşən “Hizbullah” hədəflərinə zərbələr endirmək əmri verilib. Bu qərar İsrailin şimalına və Cənubi Livanda yerləşdirilmiş qoşunlara raket və pilotsuz uçuş aparatı hücumlarına cavab olaraq qəbul edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin