Vendi Şerman: “ABŞ ilə İran arasında çıxılmaz vəziyyət yaranıb”

2026/04/1777266636.jpg
Oxunub: 334     09:09     27 Aprel 2026    
“Birləşmiş Ştatlar və İran arasında çıxılmaz vəziyyət yaranıb”.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin keçmiş müavini Vendi Şerman “ABC News” telekanalına verdiyi müsahibədə deyib.

“Biz orada davam edən iqtisadi müharibə barədə yenicə eşitdik, faktiki olaraq hərbi qarşıdurma ilə üz-üzəyik və açığını desək, bunun üçün həqiqətən sərt diplomatiya tələb olunur. Şübhə yoxdur ki, Birləşmiş Ştatların güc tətbiqi ilə bağlı real təhdidi var. Amma blokada əslində həm bizi, həm də İranı bloklayır”, - deyə Şerman vurğulayıb.

Onun sözlərinə görə, ABŞ danışıqlara qayıtmaq və real diplomatiyaya başlamaq üçün nə etməyə hazır olduğunu müəyyən etməlidir.

“Siz bunu 20 saatda və ya bir gündə edə bilməzsiniz. Bunlar çox mürəkkəb danışıqlardır. Siz onları ekspertlərlə aparmalısınız. Çox mürəkkəb işi görmək üçün uzunmüddətli prosesə hazır olmaq lazımdır. Demək istədiyim sonuncu məqam isə budur: başqalarının da artıq qeyd etdiyi kimi, biz əslində fövqəldövlətin intiharına bərabər olan bir vəziyyət yaradırıq”, - deyə ABŞ Dövlət katibinin keçmiş müavini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin