Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Onun sözlərinə görə, hazırkı vəziyyət 2015-ci il nüvə sazişi ətrafında danışıqlar dövründən xeyli daha mürəkkəbdir, çünki İran daha sərt mövqe tutub, regional gərginlik isə kəskin şəkildə artıb.
“Bu, daha mürəkkəb, daha təhlükəli və strateji baxımdan yanlış hesablanmış vəziyyətə çevrilib”, - deyə Şerman Vaşinqtonun İranla bağlı hazırkı kursunu şərh edərkən bildirib.
O vurğulayıb ki, ABŞ istənilən halda ciddi diplomatiyaya qayıtmağa məcbur olacaq, çünki belə böhranları sürətlə və ya yalnız təzyiq yolu ilə həll etmək mümkün deyil. Şermanın fikrincə, İran özünü ABŞ təzyiqi altında kapitulyasiyaya hazır tərəf hesab etmir, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət isə yalnız qarşılıqlı qarşıdurmanı və hər iki tərəf üçün riskləri gücləndirir.
“Bunu sürətlə etmək mümkün deyil. Bunlar ekspertlər və uzunmüddətli diplomatiya tələb edən mürəkkəb danışıqlardır”, - deyə ABŞ Dövlət katibinin keçmiş müavini vurğulayıb.
Şerman onu da qeyd edib ki, hətta Hörmüz boğazı ilə gəmilərin hərəkətini bərpa etmək mümkün olsa belə, böhranın özü artıq regionda strateji vəziyyəti dəyişib, İran isə indi əmindir ki, boğaza nəzarətdən mühüm təzyiq rıçaqı kimi istifadə edə bilər.
Sevinc Əliyeva
Ordu.az