Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən xəbər verir.
Bu mənbələrə görə, Tehran tərəfindən ABŞ-yə pakistanlı vasitəçilər vasitəsilə ötürülən yeni təklif əsasən boğaz ətrafında yaranmış böhranın və ABŞ blokadasının həllinə yönəlib. Bu təklif nəzərdə tutur ki, nüvə danışıqları yalnız daha sonrakı mərhələdə, Hörmüz boğazının açılmasından və blokadanın aradan qaldırılmasından sonra başlayacaq.
Portal qeyd edir ki, Ağ Ev bu təklifi alıb, lakin ABŞ-nin onu müzakirə etməyə hazır olub-olmadığı aydın deyil.
Öz növbəsində, bir mənbə bildirib ki, ötən həftəsonu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Misir, Türkiyə və Qətər vasitəçilərinə İran rəhbərliyinin ABŞ tələblərinə cavab məsələsində parçalandığını dəqiqləşdirib.
Eyni zamanda, “Axios”un mənbələrinə görə, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi İranla bağlı milli təhlükəsizlik və xarici siyasət komandası ilə brifinq keçirəcək.
Mənbələrə görə, Trampın komandası danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə edəcək.
Sevinc Əliyeva
Ordu.az