İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya gedib, burada onu, gözlənildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin qəbul edəcək.
Ordu.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Agentlik bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 27-si səhər Sankt-Peterburqa gəlib.
Əvvəllər bildirilmişdi ki, İranın xarici işlər naziri səfəri zamanı Yaxın Şərq münaqişəsinin tənzimlənməsini müzakirə etməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əraqçi
Rusiya