Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“ABŞ qüvvələri İran limanlarının blokadasını həyata keçirməyə davam edir, gəmilərin girişinə və ya çıxışına icazə vermir. ABŞ qüvvələri 38 gəmiyə dönmək və ya limana qayıtmaq əmri verib”, - deyə “X” sosial şəbəkəsində yazılıb.
CENTCOM ötən gün bildirib ki, blokadanın başlanmasından etibarən 37 gəmini saxlayıb. Qeyd olunub ki, əvvəlki gün ABŞ Hərbi Dəniz Qüvvələri “Sevan” gəmisinin istiqamətini dəyişdirib. Bu gəmi İranın energetika, neft və qaz məhsullarını xarici bazarlara daşıması ilə bağlı fəaliyyətə görə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalan 19 “kölgə donanması” gəmisindən biri idi.
Sevinc Əliyeva
Ordu.az