“Qiyamət günü” radiostansiyasının efirində yeni mesaj səslənib

2026/03/1773249956.jpg
Oxunub: 1498     14:43     25 Aprel 2026    
“Qiyamət günü” radiostansiyasının efirində yeni mesaj səslənib: “быкочерт” (öküzşeytan).

Ordu.az xəbər verir ki, bu barədə “УВБ-76 логи” “Telegram” kanalı məlumat yayıb.

Radiostansiya sonuncu dəfə aprelin 23-də yüksək aktivlik nümayiş etdirmişdi. Həmin gün ərzində 8 siqnal vasitəsilə 11 mesaj ötürülmüşdü: “алиментный”, “чеченка”, “лазер”, “феуншоглев”, “ребристый”, “россопик”, “божеский”, “майнокурс”, “лаврохруп”, “апробация”, “возостем”.

“Qiyamət günü” radiostansiyası, həmçinin УВБ-76 və ya “Жужжалка” (Vızıltı) adı ilə tanınır, 1970-ci illərin sonlarından fəaliyyət göstərən Rusiya hərbi radiostansiyasıdır.

Onun siqnalları monoton vızıltıdan ibarətdir və nadir hallarda səsli mesajlarla kəsilir.

Bu vızıltının rabitə sisteminin və ya nüvə cavab zərbəsinin avtomatik idarəetmə mexanizminin bir hissəsi olduğu hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qiyamət-günü  


Bizi "telegram"da izləyin