Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi “Telegram” səhifəsində məlumat verilib.
Buraxılış 2026-cı il aprelin 23-də, cümə axşamı baş tutub. Daşıyıcı raket hərbi təyinatlı yükü orbitə çıxarıb.
Hesablanmış koordinatlara çatdıqdan sonra obyekt Aerokosmik Qüvvələrin yerüstü vasitələrinin nəzarətinə keçib.
Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, kosmik aparatla sabit telemetrik əlaqə qurulub və saxlanılır.
Ənənəvi olaraq Rusiya hökuməti və müdafiə qurumu kosmosa göndərdikləri aparatların təyinatını gizlədir. Lakin Qərb təşkilatları adətən belə peykləri hərbi və ya ikili təyinatlı obyektlər kimi təsnif edir.
“Angara-1.2” aşağı Yer orbitinə 3,5 tona qədər yük çatdırmaq üçün istifadə olunan iki pilləli yüngül sinfinə məxsus raketdir.
Bu raket Rusiyanın “Rassvet” peyk qruplaşmasını genişləndirmək planlarını dəstəkləyir. Bu peyklər ABŞ-nin “Starlink” sisteminin analoqu hesab olunur, baxmayaraq ki, Rusiya layihəsi hələ belə miqyasa çatmayıb.
Gələcəkdə bu prosesin 24,5 ton yükqaldırma qabiliyyətinə malik “Angara-A5” raketinin peyklərin kütləvi buraxılışında fəal istifadəsi ilə sürətləndirilməsi planlaşdırılır.
Bundan əvvəl Militarnyi xəbər vermişdi ki, 2026-cı ilin mart ayının sonunda Rusiyanın “Bureau 1440” şirkəti “Rassvet” aşağı Yer orbitli qruplaşmasının ilk peyklərini orbitə çıxarıb.
Hədəf orbitinə çatdıqdan sonra 16 kosmik aparat “Soyuz-2.1b” raketindən uğurla ayrılıb və şirkətin Uçuşlara Nəzarət Mərkəzinin idarəsinə keçib.
Planlara görə, qruplaşma ilkin mərhələdə 350 peykdən ibarət olacaq.
2027-ci ilə qədər yəni kommersiya xidmətinin planlaşdırılan başlanğıc tarixinədək 250-dən çox peyk yerləşdiriləcək. 2035-ci ilə qədər isə qruplaşma 900 vahidi keçə bilər.
Sevinc Əliyeva
Ordu.az