Ordu.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
“Tasnim”in əldə etdiyi eksklüziv kadrlarda MSC tərəfindən istismar olunan iri “Epaminondas” konteyner gəmisinin Hörmüz boğazında SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldıqdan və İranın ərazi sularına aparıldıqdan sonrakı görüntüləri əks olunub. SEPAH Hərbi Dəniz Qüvvələri çərşənbə günü bildirib ki, dəniz təhlükəsizliyinin təmin olunması üzrə davam edən əməliyyatlar çərçivəsində Hörmüz boğazında iki qanun pozucusu gəmi saxlanılıb və İranın ərazi sularına aparılıb. Gəmilər guya sionist rejimlə əlaqəli olan “MSC-Francesca” və “Epaminondas” kimi müəyyən edilib. Hər iki gəmi icazəsiz fəaliyyət göstərib, qaydaları dəfələrlə pozub və gəmiçiliyin təminat sistemlərini manipulyasiya edərək dəniz təhlükəsizliyini risk altına salıb.
Bəyanatda qeyd olunur ki, gəmilər gizli şəkildə Hörmüz boğazından çıxmağa cəhd göstəriblər. Onlar SEPAH-ın hərbi dəniz bölmələri tərəfindən aşkar edildikdən sonra strateji su yolunda İran xalqının hüquqlarının müdafiəsi tələblərinə uyğun olaraq saxlanılıblar.
Sevinc Əliyeva
Ordu.az