Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
O bir daha vurğulayıb ki, ABŞ ilə danışıqlar əvvəlki kimi İran limanlarına qarşı yönəlmiş məhdudiyyətlərin ləğv edilməsindən asılıdır.
“BBC Radio 4”ün “World in Unity” proqramına müsahibəsində Əli Bəhreyni blokadanı atəşkəsin “əhəmiyyətli pozuntusu” adlandırıb və belə şəraitdə danışıqların irəliləyə bilməyəcəyini vurğulayıb.
O qeyd edib ki, Tehran yalnız qarşı tərəfə növbəti təcavüzə hazırlaşmaq üçün vaxt vermək məqsədilə danışıqlara can atmır. Onun sözlərinə görə, istənilən diplomatik proses səmimi niyyətlərə əsaslanmalıdır.
Bəhreyni Vaşinqtonu “realist yanaşma” nümayiş etdirməyə də çağırıb, ABŞ-ni İranın hüquqlarını tanımağa və konstruktiv qarşılıqlı fəaliyyətin ilkin şərti kimi onun məntiqli tələblərini yerinə yetirməyə səsləyib.
Sevinc Əliyeva
Ordu.az