Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“İqtisadi böhran şəraitində ABŞ Maliyyə Nazirliyi Tehranın vəsait yaratmaq, köçürmək və geri qaytarmaq imkanlarını sistemli şəkildə azaltmağa davam edəcək.
Tehranın çıxılmaz vəziyyətdə ölkədən çıxarmağa çalışdığı pulları izləyəcəyik və rejimlə əlaqəli bütün maliyyə kanallarını hədəfə alacağıq”, - deyə Bessent “X” sosial şəbəkəsində yazıb.
Sevinc Əliyeva
Ordu.az