Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İran nümayəndə heyəti Pakistan paytaxtına rəsmi səfərlə gəlib.
“Xarici işlər naziri Əraqçi Amerikanın məcbur etdiyi təcavüzkar müharibəni dayandırmaq və regionumuzda sülhü bərpa etmək məqsədilə həyata keçirilən davamlı vasitəçilik və xoşməramlı səylər çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək”, - deyə Bəqayi qeyd edib.
Daha əvvəl İran xarici işlər naziri Pakistana yola düşmüşdü.
Öz növbəsində Ağ Ev ABŞ xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşnerin İran nümayəndə heyəti ilə birbaşa danışıqlar aparmaq üçün Pakistana gedəcəyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az