Kolumbiya prezidenti Maduronun oğurlanmasından sonra ilk dəfə Venesuelaya səfər edib

2026/04/1777099705.jpg
Oxunub: 490     10:40     25 Aprel 2026    
Venesuela prezidenti Delsi Rodriqes və onun kolumbiyalı həmkarı Qustavo Petro ümumi sərhəddə “mafiya”ya qarşı mübarizədə hərbi sahədə əməkdaşlıq edəcəklərinə söz veriblər.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Petro ölkə prezidenti Nikolas Maduronun oğurlanmasından sonra Venesuelaya səfər edən ilk xarici lider olub.

Petro yanvarda Amerika qoşunları tərəfindən keçmiş rəhbəri Maduronun devrilməsindən sonra vəzifəni müvəqqəti icra edən Rodriqeslə görüşüb.

Kolumbiya prezidenti bildirib ki, birgə hərbi səylər “sərhədyanı rayonların kokain, qanunsuz qızıl, insan alveri və nadir minerallar da daxil olmaqla bir sıra qanunsuz fəaliyyətlərlə məşğul olan mafiyadan azad edilməsinə” yönələcək.

“İki ölkə də təcili hərbi planlar hazırlamaq, məlumat mübadiləsi və kəşfiyyat məlumatlarının inkişafı mexanizmləri yaratmaq vəzifəsini üzərinə götürüb”, - deyə Rodriqes öz növbəsində bildirib.

Delsi Rodriqes Venesuelada hakimiyyətə yanvarın 3-də ABŞ-nin Karakasa ildırımsürətli hərbi hücumu nəticəsində ölkə prezidenti Nikolas Maduro həbs edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülməsi üçün Nyu-Yorka aparıldıqdan sonra gəlib.

Prezident Donald Tramp administrasiyası Venesuelanın neft sənayesini Amerika şirkətləri üçün açan Rodriqesin müvəqqəti hökumətini dəstəkləyir.

Cümə günü ABŞ-nin Venesueladakı diplomatik missiyasının yeni rəhbəri Con Barrett Rodriqeslə görüşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Venesuela  


Bizi "telegram"da izləyin