Avropa raketlərinə yer açmaq üçün Qviana Kosmik Mərkəzində Rusiya infrastrukturu sökülür

2026/04/Ekran-1777097620.jpg
Oxunub: 518     10:15     25 Aprel 2026    
“MaiaSpace” Fransa Qvianasında yerləşən Qviana Kosmik Mərkəzində Rusiya istehsalı “Soyuz-ST” raketləri üçün istifadə olunmuş keçmiş buraxılış kompleksinin sökülməsinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu, daha əvvəl “European Spaceflight”ın xəbər verdiyi kimi, şirkətin özünün iki pilləli “Maia” raketinin buraxılışına hazırlıqların bir hissəsidir. Xidmət qülləsinin sökülməsi barədə Rusiyanın “Zakrytyy kosmos” adlı “Telegram” icması məlumat yayıb.

Bundan əvvəl işçilər raketi buraxılışdan əvvəl saxlayan dörd dayaq konstruksiyasını, eləcə də kabel dirəklərini artıq kəsmişdilər.

Avropa Kosmik Agentliyi Rusiya ilə əməkdaşlığı dayandırdıqdan sonra bu sahə 2022-ci ildən bəri istifadə olunmurdu.

Şirkət artıq yeni müştəri də əldə edib: “Eutelsat”. Şirkətin rabitə peykləri “OneWeb” qruplaşması üçün orbitə çıxarılacaq. Raketin ilk tam uçuşu və kommersiya missiyalarının başlanğıcı 2027-ci ilə planlaşdırılıb.

Yenidənqurma layihəsi montaj binaları, yanacaq anbarları və dəmir yolu xətləri daxil olmaqla mövcud infrastrukturun təxminən 80 faizindən yenidən istifadə edəcək. Ümumi sərmayənin bir neçə on milyon avro ilə məhdudlaşacağı gözlənilir.

2027-ci ildə ilk tam buraxılışdan əvvəl “MaiaSpace” raketin uçuş mərhələlərini yoxlamaq üçün suborbital sınaq uçuşu həyata keçirəcək. Plan həmçinin 2026-cı ilin sonunadək ilk raketin yer sınaqları üçün buraxılış meydançasında şaquli vəziyyətdə yerləşdirilməsini nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Qviana   Rusiya  


Bizi "telegram"da izləyin