Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Müdafiə Nazirliyi bildirib ki, bu radarlar ölkənin müdafiə sistemləri ilə yaxşı inteqrasiya olunur.
Eyni zamanda, Litva aşkarlamadan tutmuş önləmə və zərərsizləşdirməyədək hava təhdidlərinə qarşı inteqrasiya olunmuş sistem hazırlayır.
“Müharibə şəraitində olan Ukraynada davam edən savaşın təcrübəsinə əsaslanaraq Litvanın hava müdafiəsini ardıcıl şəkildə gücləndiririk və qərarlarımızı bunun üzərində qururuq”, - deyə müdafiə naziri Robertas Kaunas bildirib.
“Giraffe” 1X radarı kompakt üçölçülü hava müşahidə sistemidir. O, pilotsuz uçuş aparatları da daxil olmaqla hava hədəflərini real vaxt rejimində aşkarlamaq və izləmək üçün nəzərdə tutulub.
“Giraffe” 1X sabit, mobil və ya gəmi əsaslı qurğu kimi istifadə oluna bilər ki, bu da döyüş şəraitində çeviklik təmin edir. Radar 75 kilometrədək məsafədə hava hədəflərini aşkarlaya bilir.
Ötən il Latviya da yeni “Giraffe” 1X hava məkanı müşahidə radarlarını təhvil almışdı.
Sevinc Əliyeva
Ordu.az