Apreldən etibarən Avropa Rusiya mayeləşdirilmiş təbii qaz idxalının təxminən üçdə birini itirəcək

2026/04/1777094285.jpg
Oxunub: 344     09:14     25 Aprel 2026    
“Aprelin 25-də qüvvəyə minmiş qısamüddətli mayeləşdirilmiş təbii qaz idxalına qadağa səbəbindən Avropa Rusiya mayeləşdirilmiş təbii qazının idxalının təxminən üçdə birini itirəcək”.

Ordu.az xəbər verir ki, bu barədə “İmplepa” konsaltinq şirkətinin baş meneceri İvan Timonin “RIA Novosti”yə bildirib.

Yanvarda Avropa İttifaqı Şurası Rusiya mayeləşdirilmiş təbii qazı və boru kəməri qazının idxalının mərhələli dayandırılması barədə qaydanı təsdiqləmişdi. Qısamüddətli mayeləşdirilmiş təbii qaz idxalına qadağa 2026-cı il aprelin 25-də, uzunmüddətli müqavilələr üçün 2027-ci il yanvarın 1-də, boru kəməri qazı üçün isə qısamüddətli müqavilələr halında 2026-cı il iyunun 17-də, uzunmüddətli müqavilələr halında isə 2027-ci il noyabrın 1-də qüvvəyə minir.

“Avropaya Rusiya mayeləşdirilmiş təbii qaz tədarükünün strukturu uzunmüddətli müqavilələrin üstünlüyü ilə xarakterizə olunur, onlar həcmlərin təxminən 70 faizini təşkil edir. Müvafiq olaraq, qısamüddətli və spot müqavilələrin payı təxminən 30 faiz qiymətləndirilir. Məhz bu hissə tətbiq edilmiş məhdudiyyətlərə məruz qalır”, - deyə ekspert bildirib.

2025-ci ilin sonunda Rusiya Avropa İttifaqının ümumi mayeləşdirilmiş təbii qaz idxalının 13 faizini təşkil edib.

“Hazırda Rusiya qazı asılılığın azaldılması üzrə ardıcıl siyasətə baxmayaraq Avropa bazarında mühüm mövqeyini qoruyur”, - deyə Timonin qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya  


Bizi "telegram"da izləyin