Ordu.az xəbər verir ki, eyni zamanda ABŞ prezidenti Donald Tramp boğazda dəniz minaları yerləşdirən istənilən gəmini “bombalamaq və məhv etmək”lə hədələyir.
ABŞ minatəmizləmə gəmiləri isə həmin minaların zərərsizləşdirilməsi ilə məşğuldur.
Nəticədə, ekspertlərin xəbərdarlığına görə, qlobal enerji böhranı kəskin şəkildə dərinləşə bilər. Pentaqon ABŞ Konqresinə bildirib ki, təkcə minatəmizləmə prosesi altı aya qədər davam edə bilər. Yaxın Şərqdən neft ixracında cari itkilər 600 milyon barel həcmində qiymətləndirilir.
Kerosinin yüksək qiymətləri və çatışmazlığı artıq “Lufthansa”nın çoxsaylı reyslərinin ləğvinə səbəb olub.
“Neft bazarında şok nəhəngdir və istehlakçılar üçün tezliklə son görünmür”, - deyə amerikalı ekspert Conatan Şroden “Bild” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, boğaz yaxın vaxtlarda yenidən açılsa belə, artıq baş vermiş neft hasilatı pozuntuları aylarla hiss olunacaq nəticələr doğura bilər.
Şroden daha bir problemə, Hörmüz boğazı vasitəsilə gübrə ixracının dayanmasına diqqət çəkib. Buna görə hətta 2027-ci ildə gübrə alan ölkələrdə məhsuldarlığın azalması gözlənilir. Bu isə o deməkdir ki, yanacaqdoldurma məntəqələrində qiymət artımından sonra supermarketlərdə ərzaq bahalaşması da baş verə bilər.
Sevinc Əliyeva
Ordu.az