Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tərəflər regionda son inkişafları, xüsusilə ABŞ ilə İran İslam Respublikası arasında atəşin dayandırılması barədə razılaşmanı müzakirə ediblər.
Onlar yaranmış vəziyyətin dəniz təhlükəsizliyi və qlobal təchizat zəncirləri üçün nəticələrini də müzakirə ediblər.
Qətər əmiri gərginliyin azaldılması və sülh yolu ilə həllərin dəstəklənməsinin vacibliyini vurğulayıb, həmçinin bildirib ki, Qətər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə vasitəçilik səylərini dəstəkləmək üçün regional və beynəlxalq tərəfdaşlarla fəaliyyətini əlaqələndirməyə davam edir.
Sevinc Əliyeva
Ordu.az